son dəqiqə SON DƏQİQƏ

Ölkə başçısından “Qarabağ”a xüsusi təbrik

Bölmə adı Azərbaycan
Yayımlandı 1-10-2025, 23:21

Prezident İlham Əliyev “Qarabağ” klubunu təbrik edib.

Sport1.az xəbər verir ki, dövlət başçısının rəsmi Feysbuk səhifəsində yayımlanan təbrikdə bildirilib:

“Danimarka çempionu “Kopenhagen”futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR