Xulian Alvares “Atletiko”da qalacağını açıqladı

Bölmə adı İspaniya
Yayımlandı 1-10-2025, 21:14

“Atletiko”nun argentinalı hücumçusu Xulian Alvares “Barselona” ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.

Sport1.az xəbər verir ki, forvard ESPN-ə açıqlamasında belə deyib:

“Hazırda diqqətim yalnız ‘Atletiko’dadır. Burada oynamağa və özümü inkişaf etdirməyə davam etmək istəyirəm. Mətbuatda yayılan söz-söhbətlər mənim üçün maraqlı deyil”.

Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin avqust ayından “Atletiko”da çıxış edir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR