son dəqiqə SON DƏQİQƏ

Rəşad Sadiqov: "Rəqib fiziki baxımdan bizdən çox güclü idi" - AÇIQLAMA

Bölmə adı Azərbaycan / Manşet
Yayımlandı 1-10-2025, 17:58

UEFA Gənclər Liqasında "Qarabağ"ın 19 yaşlılardan ibarət komandası doğma meydanda "Kopenhagen"ə 0:5 hesabı ilə məğlub oldu.

Qarşılaşmadan sonra Ağdam təmsilçisinin baş məşqçisi Rəşad Sadiqov görüş barəsində fikirlərini Sport1.az-a söylədi:

"Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, ev oyununda qələbə qazanaq. Amma böyük hesabla məğlub olduq. Bizim üçün çox məyusedici nəticə oldu. Komandamız fiziki olaraq zəif idi".

41 yaşlı mütəxəssis rəqibin əsas üstün olduğu məqamı belə izah etdi:

"Rəqib fiziki cəhətdən bizdən çox güclü idi. Hava toplarında olsun, ikili mübarizələrdə olsun, sürət baxımından olsun, komandamızı qabaqlayırdı".

Baş məşqçi axşam oynanacaq "Qarabağ" - "Kopenhagen" oyunu haqda bu fikirləri səsləndirdi:

"Axşamki oyunda təmsilçimizdən gözləntim çox böyükdür. "Qarabağ" çox fərqli futbol oynayır. Ağdam klubu istənilən rəqibə qarşı oynayacaq gücdədir. Mən inanıram ki, "köhlən atlar" bu axşam qələbə qazanacaq".

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR