son dəqiqə SON DƏQİQƏ

Səfərdə 200-cü qol

Bölmə adı Premyer Liqa
Yayımlandı 29-09-2025, 14:40

“Sumqayıt” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü səfər qolunu vurub. Bu, Misli Premyer Liqasının VI turuna təsadüf edib.

Sport1.az PFL-ə istinadən xəbər verir ki “Sabah”la görüşdə (1:1) fərqlənən Rüstəm Əhmədzadə yubiley qolunun müəllifi olub. 200-cü səfər qolu rəqib meydanlarındakı 221-ci matçda qeydə alınıb. “Sumqayıt” turnirin tarixində ən azı 200 səfər qolu vuran 9-cu komandadır.

Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisinin Premyer Liqada, həm də səfərdəki ilk qolunun müəllifi Eşqin Quliyev olub. O, 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər qarşılaşmasında (1:2) fərqlənib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR