son dəqiqə SON DƏQİQƏ

"Qarabağ", "Neftçi" və "Şamaxı"

Bölmə adı Premyer Liqa
Yayımlandı 29-09-2025, 10:33

Misli Premyer Liqasının VI turu “Şamaxı” üçün əlamətdar olub.

Sport1.az PFL-ə istinadən xəbər verir ki, “Araz-Naxçıvan”la görüş meydan sahibləri üçün ölkə çempionatının yüksək dəstəsində 350-ci ev matçı kimi tarixə düşüb. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşıyan “Şamaxı” öz meydanında 173 qələbə qazanıb, 88 dəfə məğlub olub.

1:1 hesablı bərabərlik 89-cu heç-heçə kimi yadda qalıb. Şamaxı təmsilçisi bu görüşlərdə 467 qol vurub, 280-ni buraxıb.

Qeyd edək ki, yalnız iki komanda – “Qarabağ”la “Neftçi” daha çox ev oyunu keçirib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR