son dəqiqə SON DƏQİQƏ

"Namizədliyimi irəli sürmürəm" - Xaliq Mərdanov

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-09-2025, 18:38

"Kəpəz"in məşqçisi Xaliq Mərdanov Misli Premyer Liqasının 6-cı turunda "Turan Tovuz"a 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

“Rəqibi analiz etmişdik. Zəif və güclü tərəflərini bilirdik. Həftəiçi məşqlərdə də onun üzərində işlədik. Sadəcə fərdi səhvlərdən qapımızda qollar gördük. Sonda da uduzduq. İstədik ki, dönüş edək. Komandanın içində olan məğlubiyyət ruhunu qələbəyə dəyişək. Təəssüflər olsun ki, alınmadı. Buna vaxt lazımdır. Qismət olsa, gələcək oyunlarda bunu aradan qaldırarıq”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR