Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Qəbələ” oyunundan (2:0) sonra ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına qatılıb.Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
“Futbolçularımı təbrik edirəm. Düşünürəm ki, komandasının intizamlı oyununa görə Kaxaya ancaq təşəkkür düşür. Baxmayaraq ki, oyunun böyük hissəsini azlıqda keçirdilər, komanda öz əzmkar, intizamlı duruşunu dəyişdirmədi. Belə komandalar görəndə şübhəsiz ki, daha ciddi oluruq. Kaxaya və komandasına uğurlar arzulayıram. Öz komandamıza gəldikdə isə, bu, olduqca vacib qalibiyyət idi. Bəlkə də oyunumuz istədiyimiz kimi alınmadı, amma hər bir halda qarşımızda güclü müdafiə olunnan kollektiv var idi və bu oyunda qalib gəlmək vacib idi. Baxmayaraq ki, komanda qollar da daxil olmaqla bir neçə uğurlu, düşünülmüş kombinasiya həyata keçirdi, düşünürəm ki, bundan da çoxunu eləməli idik. Bəlkə də ilk dəqiqələrdən rəqibin qırmızı vərəqə alaraq azlıqda qalmağı oyunçuları biraz arxayınlaşdırdı,amma hamı qalib gəlmək üçün var-gücüylə mübarizə apardı. Oyunçularımı və sonadək bizimlə olan azarkeşlərimizi təbrik edirəm”.