Millinin baş məşqçisinin evi qarət olundu

Bölmə adı Digər Liqalar
Yayımlandı 24-09-2025, 12:13

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin evi qarət olunub.

Sport1.az "Bola"ya istinadən xəbər verir ki, onun Kaskais qəsəbəsindəki evindən oğurluq edilib.

Oğrular mətbəxdən evə daxil olaraq bir milyon avrodan çox dəyəri olan qızıl-zinət əşyaları və bahalı saatları aparıblar.

Qeyd edək ki, Roberto Martines 2023-cü ildən Portuqaliya yığmasında işləyir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR