son dəqiqə SON DƏQİQƏ

"Qalatasaray"ın sabiq futbolçusu Niderlanda qayıdır

Bölmə adı Digər Liqalar
Yayımlandı 23-09-2025, 14:56

"Qalatasaray"ın sabiq futbolçusu Hakim Ziyeş Niderlanda qayıdır.

Sport1.az xəbər verir ki, PSV mərakeşli vingerin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Ziyeş Eyndheven təmsilçisində oynamağa isti yanaşır. Azad agent statusunda olan 32 yaşlı oyunçu yaxın günlərdə PSV ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Hakim Ziyeş bu ilin yanvar ayında "Qalatasaray"dan Qətərin "Əl-Duhail" klubuna keçmişdi. Təcrübəli futbolçu Niderlandda "Herenven", "Tvente" və "Ayaks"ın da formasını geyinib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR