Toral Bayramov söz verdi: "Azarkeşlərin gözləntilərini doğrultmağa çalışacağıq" - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 22-09-2025, 12:43

Misli Premyer Liqasında V turunda “Araz Naxçıvan” “Qarabağ”ı qəbul etdi.

Qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatdı.

“Qarabağ”ın müdafiəçisi Toral Bayramov oyundan sonra Sport1.az-a müsahibə verdi...

- Darmadağınla qalib gəldiniz. Oyun haqda nə deyə bilərsiniz?
- “Araz-Naxçıvan” çox döyüşkən və aqressiv komandadır. Lakin oyuna yaxşı hazırlaşmışdıq və bunun da nəticəsi olaraq qələbə qazandıq.

- Karyerandakı ilk het-trikini etdin. Hansı hissləri keçirirsən?
- Duyğularımı sözlə ifadə etmək çətindir. Çox sevincli haldır. Düşünürəm ki, bir futbolçunun unuda bilməyəcəyi andır. Ümid edirəm ki, davamı da gələcək.

- “Benfika” üzərində qələbə "Araz-Naxçıvan"la oyuna təsir etdi?
- Bəli! "Benfika" üzərində çox böyük və tarixi qələbə qazandıq. Komanda ruh və əhval yüksək səviyyədədir. Oyunçularımız motivasiya ilə matça çıxmışdılar.

- Lissabonda qazanılan tarixi qələbədən sonra azarkeşlər "Kopenhagen"i udmağınızı da istəyirlər. Bu gözləntinin fərqindəsiniz?
- Heç vaxt meydana məğlub olmaq üçün çıxmırıq. Həmişə məqsədimiz yaxşı oyun göstərib, layiqli qələbə qazanmaq olub. Həmin oyuna da yaxşı hazırlaşacağıq. "Kopenhagen"lə matçda azarkeşlərin gözləntilərini doğrultmağa çalışacağıq".

- "Araz-Naxçıvan"la matçda qırmızı vərəqənin oyunun qırılma nöqtəsi olduğunu düşünürsən?
- Meydanda baş verənlərə fikir vermirik. Yalnız üzərimizə düşən vəzifəni icra etməyə çalışırıq.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR