"Qarabağ"ın futbolçusu karyerasında ilkə imza atdı

Bölmə adı Premyer Liqa
Yayımlandı 21-09-2025, 21:13

Bu gün Misli Premyer Liqasında 5-ci turunda "Qarabağ" səfərdə "Araz-Naxçıvan"la qarşılaşıb.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi rəqibinə darmadağınla qalib gəlib - 0:5. Bu matç son çempionun sol cinah müdafiəçisi Toral Bayramov üçün əlamətdar olub. Belə ki, 24 yaşlı futbolçu karyerasında ilk het-trikini edib. O, 4-cü dəqiqədə komandasını önə keçirib. 28-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirib. 65-ci dəqiqədə isə özünün 3-cü komandasının 4-cü qolunu vurub.

Qeyd edək ki, oyunda digər qolları Musa Qurbanlı və Kris Kuaku vurub.

NİHAT KƏRİMLİ

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR