son dəqiqə SON DƏQİQƏ

Almaniya yığmasının 37 yaşlı futbolçusu karyerasını başa vurdu

Bölmə adı Digər Liqalar
Yayımlandı 20-09-2025, 12:12

Jerom Boatenq karyerasını başa vurduğunu açıqlayıb.

Sport1.az xəbər verir ki, son klubu Avstriyanın LASK komandası olan 37 yaşlı Boatenq sosiaş şəbəkələrdə bunları qeyd edib:

"Ailə. Dostlar. Azarkeşlər. Zaman yetişdi".

Jerom ən çox "Bavariya"dakı çıxışları ilə tanınır. O, Münhen təmsilçisinin heyətində 363 oyun keçirib, 10 qol vurub və 25 asist edib. Onunla birlikdə 25 titul qazanıb, o cümlədən 9 Bundesliqa və 2 Çempionlar Liqası çempionluğu.

Boatenq həmçinin "Hamburq", "Herta", "Mançester Siti", "Lion", "Salernitana" klublarında və Almaniya yığmasında çıxış edib. Millinin heyətində dünya çempionu olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR