son dəqiqə SON DƏQİQƏ

"Panatinaikos"un baş məşqçisi köməkçiləri ilə birlikdə istefaya göndərilib

Bölmə adı Digər Liqalar
Yayımlandı 15-09-2025, 19:28

Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Ruy Vitoriya və onun köməkçiləri istefaya göndərilib.

Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Panatinaikos" onun rəhbərliyi altında cari mövsümdə keçirdiyi iki matçda 1 xal toplayıb.

Qeyd edək ki, 55 yaşlı portuqaliyalı mütəxəssis 2024-ci ilin oktyabrından komandaya rəhbərlik edirdi. O, 2022-2024-cü illərdə Misir millisini çalışdırıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR