Slimaninin yeni klubu bilindi

Bölmə adı Digər Liqalar
Yayımlandı 12-09-2025, 12:28

Əlcəzair millisinin sabiq futbolçusu İslam Slimaninin yeni klubu məlum olub.

Sport1.az xəbər verir ki, 37 yaşlı hücumçu ÇFR-ə keçib. Bu barədə Rumıniya klubunun mətbuat xidməti məlumat yayıb. Slimani ilə sözləşmənin müddəti 2026-cı ilin iyununa kimidir.

Qeyd edək ki, son olaraq Belçikada “Vesterlo”da oynayan Slimani “Fənərbaxça”, “Monako”, “Lester”də də çıxış edib.

Müəllif: Sport1.az