"Barselona"nın sabiq futbolçusu karyerasını bitirib

Bölmə adı İspaniya
Yayımlandı 11-09-2025, 12:53

İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Dmitri Çiqrinski karyerasını bitirib.

Sport1.az xəbər verir ki, bu barədə ukraynalı müdafiəçinin agenti Aleksandr Pankov bildirib.

38 yaşlı arxa xətt oyunçusu 2024-cü ilin yayında "Şaxtyor"dan (Ukrayna) ayrıldıqdan sonra klubsuz idi. O, Yunanıstanın "Aris" klubunun baş məşqçisi Manolo Ximenesin köməkçisi olacaq.

Qeyd edək ki, D.Çiqrinski 2009-2010-cu illərdə "Barselona"da forma geyinib. Karyerasının böyük hissəsini "Şaxtyor" və AEK-də (Yunanıstan) keçirib. O, Ukrayna millisinin heyətində 29 oyunun iştirakçısı olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR