Anri millinin yeni baş məşqçisini açıqladı

Bölmə adı Fransa
Yayımlandı 10-09-2025, 20:13

Fransalı keçmiş futbolçu Tyerri Anri milli komandanın yeni baş məşqçisini açıqlayıb.

Sport1.az xəbər verir ki, o, “Lequipe” nəşrinə açıqlamasında Zinəddin Zidanın yığmaya rəhbərlik edəcəyini deyib:

“Hamımız yeni baş məşqçinin kim olduğunu bilirik. Zidana uğurlar arzu edirəm”.

Zidanın hazırkı məşqçi Didye Deşamın 2026-cı ilin yayında bitəcək müqaviləsindən sonra yığmaya baş məşqçi təyin ediləcəyi bildirilir.

Mütəxəssis sonuncu dəfə “Real”a rəhbərlik edib. O, “Kral klubu”nda ardıcıl 3 dəfə Çempionlar Liqasını qazanıb.

Fransa yığması DÇ-2026-nın seçmə mərhələsində D qrupunda yer alır. İslandiyanı 2:1, Ukraynanı isə 2:0 hesabıyla məğlub edən fransızlar oktyabrın 10-da Azərbaycanı qəbul edəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR