son dəqiqə SON DƏQİQƏ

“Qarabağ”ın rəqibinin futbolçusuna ağır cəza

Bölmə adı İspaniya
Yayımlandı 8-09-2025, 16:34

“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Atletik”in futbolçusu Yeray Alvares cəzalanıb.

Sport1.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Alvares dopinq testi pozitiv çıxdığı üçün 10 aylıq diskvalifikasiya edilib. Futbolçunun cəzası 2026-cı il aprelin 2-də başa çatacaq.

“Qarabağ” “Atletik”lə II tur çərçivəsində oktyabrın 22-də səfərdə qarşılaşacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR