son dəqiqə SON DƏQİQƏ

Millimizin üzvü əvəzedici komandaya göndərildi

Bölmə adı Digər Liqalar
Yayımlandı 5-09-2025, 16:53

Ukraynanın "Polessye” klubunda çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev əvəzedici komandaya göndərilib.

Sport1.az xəbər verir ki, Mustafayevdən başqa klubunun daha 5 futbolçusu da əsas komandadan uzaqlaşdırılıb.

Baş məşqçi Ruslan Rotanın planlarında bu futbolçuların olmadığı bildirilib.

Qeyd edək ki, Emil Mustafayev bu mövsüm “Polessye”nin keçirdiyi 4 oyunun heç birində meydana çıxmayıb. "Polessye" hazırda 3 xalla Ukrayna Premyer Liqasında 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR