"Çelsi"dən Niderland klubuna keçdi

Bölmə adı Digər Liqalar
Yayımlandı 4-09-2025, 14:32

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” futbolçusu Kiano Dayerlə müqavilə imzalayıb və onu Niderland Erediviziyasına yüksələn “Volendam”a icarəyə verib.

Sport1.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2030-cu ilə qədərdir.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 5-də keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR