Xorxe Sampaolinin yeni klubu açıqlandı

Bölmə adı Digər Liqalar
Yayımlandı 3-09-2025, 10:16

Məşhur məşqçi Xorxe Sampaolinin yeni iş yeri müəyyənləşib.

Sport1.az xəbər verir ki, mütəxəssis Braziliya "Atletiko Mineyro"sunu çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

65 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sampaolinin son klubu "Renn" olmuşdu. O, Fransa təmsilçisindən bu il ayrılmışdı.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR