İspaniya klubu “Fənərbağça”nın qapıçısını icarəyə götürdü

Bölmə adı İspaniya
Yayımlandı 2-09-2025, 14:34

"Fənərbağça"nın qapıçısı Dominik Livakoviç "Jirona"ya icarəyə verilib.

Sport1.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı xorvatiyalı ilə icarə müqaviləsi 2025/26 mövsümünün sonuna kimidir.

Qeyd edək ki, Livakoviç 2024/25 mövsümündə 32 oyunda meydana çıxıb və 38 qol buraxıb. 9 matçda isə qapısını toxunulmaz saxlayıb.

Müəllif: Sport1.az