"Milan" Fransa millisinin üzvünü transfer etdi

Bölmə adı Fransa
Yayımlandı 1-09-2025, 23:16

Fransa millisinin və "Marsel"in yarımmüdafiəçisi Adrien Rabio karyerasını "Milan"da davam etdirəcək.

Sport1.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Mətbuatda yazılan xəbərlərə görə, transfer 9 milyon avro təşkil edib.

Rabyo 2024-cü ilin sentyabrından "Marsel"də oynayırdı.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR