"Yuventus"un futbolçusu Premyer Liqa klubuna keçdi

Bölmə adı İngiltərə
Yayımlandı 31-08-2025, 17:16

“Nottingem Forest” “Yuventus”dan müdafiəçisi Nikola Savonanı transfer edib.

Sport1.az xəbər verir ki, futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İngilislər transfer üçün 13 milyon avro ödəyib.

Qeyd edək ki, Savona ötən mövsüm "Yuventus"la 37 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR