son dəqiqə SON DƏQİQƏ

“Barselona” polşalı qapıçını qeydiyyatdan keçirə bildi

Bölmə adı İspaniya
Yayımlandı 31-08-2025, 16:13

"Barselona"nın qapıçısı Voyçex Şesni La Liqada rəsmi qeydiyyatdan keçib.

Sport1.az "AS" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu polşalı qolkiperi İnyaki Penyanı "Elçe"yə icarəyə verdikdən sonra bu məsələni yekunklaşdıra bilib. Beləliklə, Şesni La Liqanın 3-cü turunda "Rayo Valyekano" ilə qarşılaşmada katalonların heyətində yer ala bilər.

Qeyd edək ki, 35 yaşlı qolkiper ötən mövsüm Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 30 oyun keçirib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR