Sergen Yalçın yenidən "Beşiktaş"da

Bölmə adı Türkiyə
Yayımlandı 30-08-2025, 12:50

2 gün əvvəl Ole Qunnar Sulşerlə yollarını ayıran "Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.

Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi bu vəzifəyə Sergen Yalçını gətirib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, S.Yalçın 2020-21-ci illərdə də "Beşiktaş"ı çalışdırıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR