Azərbaycan futbolu üçün tarixi hadisə baş verib.
Sport1.az xəbər verir ki, "Barselona"nın "Juvenil B" komandası azərbaycanlı futbolçu İbrahim Babayevi heyətinə qatıb. 2008-ci il təvəllüdlü Azərbaycan millisinin üzvü olan İbrahim Babayev Kataloniya nəhənginin gənclər komandasında rəsmi müqavilə imzalayıb və artıq komandanın məşqlərinə qatılıb.
Müqavilənin imzalanma mərasiminə dair görüntülər iş adamı Adnan Əhmədzadənin sosial şəbəkə hesabında paylaşılıb.