İngiltərə nəhəngi "Barselona"ya elçi düşdü

Bölmə adı İngiltərə
Yayımlandı 1-09-2025, 22:58

“Çelsi” “Barselona”nın ulduz futbolçusu Fermin Lopez üçün ilkin təklifini təqdim etdi.

Sport1.az "Marca"ya istinadən xəbər verir ki, “Çelsi” “Barselona”nın 22 yaşlı ispan yarımmüdafiəçisi Fermin üçün 50 milyon avro+bonuslar təklif edib.

Premyer Liqa nəhəngi gənc futbolçunu heyətinə qatmaqda qərarlıdır, lakin “Barselona” akademiyasının yetirməsi olan Fermin üçün ən azı 90 milyon avro tələb edir.

2025-ci ilin sentyabrın 1-də yay transfer pəncərəsinin bağlanmasına az qalmış “Çelsi”nin təklifi mübarizənin başlanğıcı sayılır, lakin Fermin hələ transferə yekun razılıq verməyib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR