Aspilikuetanın bu kluba keçir

Bölmə adı İspaniya
Yayımlandı 29-08-2025, 13:34

İspaniyalı müdafiəçi Sezar Aspilikueta karyerasını ölkəsində davam etdirəcək.

Sport1.az “El Chiringuito”ya istinadən xəbər verir ki, 36 yaşlı futbolçu “Sevilya” ilə razılıq əldə edib.

Tərəflər arasında 1 illik müqavilə bağlanacağı bildirilib. Bu yay “Atletiko”dan ayrılan futbolçu yeni klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, Aspilikueta ən uğurlu illərini “Çelsi”də keçirib. London təmsilçisində 10 ildən çox oynayan futbolçu burada bir çox titulu qazanıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR