İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Bölmə adı İtaliya
Yayımlandı 27-08-2025, 16:53

İtaliya millisinin heyətində Avropa çempionu olmuş Alessandro Florentsi 34 yaşında karyerasını bitirib.

Sport1.az xəbər verir ki, futbolçu "Milan"dan ayrılaraq karyerasını başa vurduğunu elan edib.

İtaliyalı müdafiəçi 2021-ci ildən Milan təmsilçisində çıxış edirdi. O, bu müddət ərzində meydana çıxdığı 77 matçda, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

O, "Milan"ın heyətində İtaliya çempionu və ölkə Superkubokunun qalibi olub.

Qeyd edək ki, "Roma"nın yetirməsi olan A.Florentsi və karyerasının böyük hissəsini məhz (2010 - 2022) bu klubda keçirib. O, həmçinin PSJ (Fransa), "Valensiya" (İspaniya) və İtaliyanın digər klubu "Krotone"də də çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR