"Mançester Yunayted" mövsümün sonunda kapitanı ilə yolları ayıra bilər

Bölmə adı İngiltərə
Yayımlandı 28-08-2025, 20:52

"Mançester Yunayted" (İngiltərə) cari mövsümün sonunda portuqaliyalı yarımmüdafiəçisi və kapitanı Brunu Fernandeşlə yolları ayıra bilər.

Sport1.az xəbər verir ki, 30 yaşlı futbolçu DÇ-2026 başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına, MLS-ə və ya Avropanın əsas liqalarından birinə getməyə hazır olacaq.

Onun 2026-cı ildə keçiriləcək dünya çempionatına yaxşı hazırlaşmaq üçün hazırda Səudiyyə Ərəbistanından gələn yüksək məbləğli təklifləri rədd etdiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl B.Fernandeş "Əl-Hilal"ın 200 milyon funt-sterlinqlik təklifini geri çevirib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR