son dəqiqə SON DƏQİQƏ

"Yaxşı komandaya qarşı oynadıq" - Haitinin baş məşqçisi

Bölmə adı Milli
Yayımlandı 23-03-2025, 00:11

Haiti millisinin baş məşqçisi Stefan Minye yoldaşlıq görüşündə Azərbaycana 3:0 qalib gəldikləri yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırdı.

Sport1.az xəbər verir ki, çalışdırıcı əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

"Komandamın oyunundan razı qaldım. Çətin oyun olacağını gözləyirdik. Ardıcıl 9-cu qələbəni qazandıq. Bu, tarixdə ilkdir. Həm də Avropada birinci qələbəni əldə etdik. Yaxşı komandaya qarşı oynadıq. 3:0 və qələbə".

Azərbaycan yığmasında Avropa komandasına xas hansı xüsusiyyətlər gördünüz?
– Atmosfer fərqli idi. Stadionu da qeyd etmək istərdim. Bu atmosferdə komandamın necə oynayacağını gözləyirdim. Oyunçular gözləntilərimi qarşıladı.

Uzaq Haitidən gəlmisiniz. Başqa rəqib tapmamışdız oynamağa?
– FIFA pəncərəsi ilə bağlıdır. KONKAKAF turnirinə vəsiqə qazanmışıq. 5 komanda ilə oynamaq şansımız var idi. İsveçrə, Azərbaycan, İrlandiya və daha 2 rəqib. Azərbaycana müraciət etdik və müsbət cavab aldıq. Hər şey yaxşı idi.

Azərbaycan millisində ən zəif tərəf nə idi və ona görə hazırlaşmışdınız…
– Rəqibi təhlil etmişdik. Güclü və zəif tərəflərini bilirdik. Öz komandama köklənirəm. Pressinq tətbiq edə bildik. Hücuma çıxanda da yaxşı müdafiə olunduq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR