Sərtan oynadı, komandası darmadağın oldu

Bölmə adı Türkiyə
Yayımlandı 24-08-2025, 10:21

Türkiyə birinci liqasında üçüncü turun oyunları keçirilir.

Sport1.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkının formasını geydiyi “Serik Spor” səfərdə “Erokspor”un qonağı olub.

Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sərtan da komandasının darmadağın olduğu görüşün iştirakçısı olub. Görüşə ehtiyatdan başlayan 27 yaşlı müdafiəçi 46-cı dəqiqədə Gökhan Karadenizin əvəzinə meydana daxil olub.

3 turdan sonra 4 xalı olan “Serik Spor” turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR