“Real”ın skautları 18 yaşlı ukraynalını izləyir

Bölmə adı İspaniya
Yayımlandı 24-08-2025, 12:43

Almaniyanın “Bayer” klubunun futbolçusu Artem Stepanov “Real”ın diqqət mərkəzinə düşüb.

Sport1.az xəbər verir ki, icarə əsasında “Nürnberq”də çıxış edən hücumçu Madrid klubunun skautları tərəfindən izlənilir.

18 yaşlı ukraynalı hücumçu bu mövsüm II Bundesliqada 3 oyuna çıxıb. O, ötən mövsüm “Bayer”in əvəzedici komandasında 17 oyuna 22 qol vurub.

Müəllif: Sport1.az