“Qalatasaray” futbolçusunu İtaliyaya göndərdi

Bölmə adı Türkiyə
Yayımlandı 22-08-2025, 11:28

“Qalatasaray” futbolçusu Viktor Nelssonu icarəyə verib.

Sport1.az xəbər verir ki, danimarkalı müdafiəçi 2025/26 mövsümünü “Verona”da keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya klubu gələn ay futbolçunun transfer hüquqlarını ala bilər.

26 yaşlı müdafiəçi ötən mövsüm “Roma”da icarədə olub.

Müəllif: Sport1.az