Sanabriya İtaliyada klubunu dəyişdi

Bölmə adı İtaliya
Yayımlandı 21-08-2025, 17:14

Antonio Sanabriya “Kremoneze”də oynayacaq. 29 yaşlı hücumçu İtaliyada klubunu dəyişib.

Sport1.az xəbər verir ki, 4 ildir “Torino”nun şərəfini qoruyan hücumçu debütantla 3 illik müqavilə bağlayıb. Bu keçid 2,5 milyon avroya başa gəlib.

Daha öncə İtaliyada “Sassuolo”, “Roma” və “Cenoa” forması geymiş paraqvaylı forvard “Barselona” yetirməsidir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR