“Atletiko” yeni transferini itirdi

Bölmə adı İspaniya
Yayımlandı 21-08-2025, 13:35

İspaniyanın “Atletiko” klubunun futbolçusu Aleks Baena iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Sport1.az “Marca”ya istinadən xəbər verir ki, buna 24 yaşlı yarımmüdafiəçinin La Liqanın 1-ci turunda “Espanyol”a uduzduqları (1:2) oyunda zədələnməsi səbəb olub.

Aleks Baena cari ilin iyulunda “Vilyarreal”dan “Atletiko”ya keçib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR