"Qalatasaray"ın baş məşqçisi Arda Gülərlə bağlı danışdı

Bölmə adı Türkiyə
Yayımlandı 21-08-2025, 11:51

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk mətbuata açıqlamasında futbolçulara verilən şans və onların bundan necə yararlanmaları barədə danışıb.

Sport1.az xəbər verir ki, Buruk futbolçunun bacarığına güvəndiyini bildirib:

Yaxşı futbolçu oynayır və əsas heyətdə öz yerini qazanır. Mən buna inanıram. Arda Güler “Fənərbağça”da çox şans almırdı, amma ona verilən 5-10 dəqiqəlik vaxtlarda belə özünü göstərməyi bacardı”.

Baş məşqçi həmçinin qeyd edib ki, performans göstərən hər bir oyunçuya fürsət verməyə hazırdır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR