Ozan Kökçünün komandasından bərabərlik

Bölmə adı Digər Liqalar
Yayımlandı 18-08-2025, 09:28

Azərbaycan millisinin futbolçusu Ozan Kökçünün çıxış etdiyi "Volendam" Niderland çempionatında növbəti oyununu keçirib.

Sport1.az xəbər verir ki, komanda Erediviziyanın 2-ci turu çərçivəsində öz meydanında "AZ Alkmaar" ilə heç-heçə edib - 2:2.

Meydan sahiblərinin start heyətində yer alan Kökçü 61-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, ilk turda da heç-heçə edən "Volendam" hazırda 2 xalla 12-ci yerdə qərarlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR