Krivotsyuk oynadı, komandası məğlub oldu

Bölmə adı Digər Liqalar
Yayımlandı 18-08-2025, 09:13

Cənubi Koreya çempionatında 26-cı turun oyunları keçirilir.

Sport1.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" “Qvanqyu” ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda qalıb.

Qeyd edək ki, "Daejeon" 42 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR