İtaliyalı hücumçu Mario Balotelli karyerası ilə bağlı maraqlı açıqlama verib.
Sport1.az xəbər verir ki, təcrübəli forvard hələ də reallaşdırmaq istədiyi bir arzusu olduğunu deyib:
“Hələ də gerçəkləşdirmədiyim bir xəyala sahibəm. "Real Madrid"də oynamaq istəyirəm”.
Bu barədə o İtaliya mətbuatına verdiyi müsahibədə danışıb.
35 yaşlı futbolçu vurğulayıb ki, bu hədəf onun karyerası boyu ən böyük motivasiyalarından biri olub.
Qeyd edək ki, Mario hazırda İtaliyanın "Cenoa" klubunun şərəfini qoruyur.