"Parma"dan PSV-yə keçdi

Bölmə adı Digər Liqalar
Yayımlandı 12-08-2025, 20:14

"Parma"nın futbolçusu Dennis Man karyerasını Niderlandda davam etdirəcək.

Sport1.az xəbər verir ki, PSV rumıniyalı vingeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Eyndhoven təmsilçisi Man üçün İtaliya klubuna 8,5 milyon avro təzminat ödəyib. 26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dennis Man ötən mövsüm "Parma"nın heyətində 34 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR