"Sabah"ın rəqibində yeni müqavilə

Bölmə adı Digər Liqalar
Yayımlandı 12-08-2025, 18:14

“Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan “Levski” futbolçusu Stivn Stoyançovla yeni müqavilə imzalayıb.

Sport1.az xəbər verir ki, bu barədə Bolqarıstan klubunun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 3 illikdir.

Qeyd edək ki, “Levski” “Sabah”la cavab oyununu avqustun 14-də Bakıda keçirəcək. Bolqarıstanda keçirilən ilk qarşılaşmada meydan sahibləri qələbə qazanıb – 1:0.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR