"Real"dan getdi

Bölmə adı İspaniya
Yayımlandı 9-08-2025, 20:12

"Real"ın futbolçusu Reyner klubdan ayrılıb.

Sport1.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "Atletiko Mineiro"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliya təmsilçisi onunla 2029-cu ilin sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Reyner "Real"a 2020-ci ilin yanvarında "Flamenqo"dan 30 milyon avroya keçmişdi.

Müəllif: Sport1.az