Netonun yeni klubu məlum oldu

Bölmə adı Digər Liqalar
Yayımlandı 9-08-2025, 17:44

"Arsenal" və "Yuventus"un sabiq futbolçusu Netonun yeni klubu müəyyənləşib.

Sport1.az xəbər verir ki, 36 yaşlı qapıçı "Botafoqo"ya keçib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qapıçı "Bornmut"dan ayrıldıqdan sonra azad agent olduğu üçün klubu pulsuz keçib.

Ötən mövsüm Neto cəmi 4 oyun keçirib və o, 4 qol buraxıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR