Cekson Tçatçua üç klubun transfer hədəfindədir

Bölmə adı Digər Liqalar
Yayımlandı 8-08-2025, 21:56

İtaliyanın "Hellas Verona" klubu müdafiəçisi ilə vidalaşa bilər.

Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər müqaviləsi olan futbolçu ilə "Beşiktaş", "Nottinqem Forest" və "İnter" klubları maraqlanır. 23 yaşlı kamerunlu müdafiəçinin hazırkı transfer dəyəri 8 milyon avrodur.

Qeyd edək ki, Tçatçua ötən mövsüm meydana çıxdığı 37 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR