"Fənərbağça"dan ayrılan futbolçunun yeni klubu bəlli oldu

Bölmə adı Digər Liqalar
Yayımlandı 8-08-2025, 18:57

"Fənərbağça"dan ayrılan Duşan Tadiçin yeni klubunun adına aydınlıq gəlib.

Sport1.az xəbər verir ki, serbiyalı vinger karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Tadiç "Əl-Vahda" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Duşan Tadiç 2023-cü ilin yayından "Fənərbağça"da çıxış edirdi. Serbiya millisinin üzvü ötən mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 13 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az