"Real" 21 yaşlı hücumçu ilə razılığa gəldi

Bölmə adı İspaniya
Yayımlandı 7-08-2025, 23:56

“Real” Qonsalo Qarsiya ilə müqavilənin uzadılması barədə razılığa gəlib. Daha əvvəl 21 yaşlı hücumçunun əsas komandaya yüksəldiyi açıqlanmışdı.

Sport1.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, yeni müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq. Hücumçunun mövcud müqaviləsindəki 50 milyon avroluq çıxış maddəsi 1 milyard avroya qədər artırılacaq.

Qeyd olunur ki, “Real” akademiyasının yetirməsinə bəzi Premyer Liqa nəhəngləri də maraq göstərib.

Xatırladaq ki, Qonsalo son Klublararası Dünya Çempionatında 4 qol və 1 assistlə çıxış edərək turnirin ən yaxşı bombardiri olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR