1 il futboldan uzaq qalan futbolçu La Liqa klubunda

Bölmə adı İspaniya
Yayımlandı 7-08-2025, 23:31

Mariano Diaz özünə yeni klub tapıb.

Sport1.az xəbər verir ki, “Real”ın sabiq hücumçusu azad agent kimi “Alaves”ə keçib. Tərəflər 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, dominikan futbolçunun sonuncu klubu “Sevilya” olub – o, bu komandadan 2024-cü ildə ayrılıb. Mariano 2024/25 mövsümünü tamamilə oyun praktikası olmadan keçirib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR