Dennis Man "PSV"nin maraq dairəsindədir

Bölmə adı İtaliya
Yayımlandı 12-08-2025, 12:13

"Parma" klubunun rumıniyalı futbolçusu Dennis Manın Niderlanda transferi gündəmdədir.

Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər müqaviləsi olan sağ cinah oyunçusu ilə "PSV" maraqlanır. 26 yaşlı futbolçunun transfer dəyəri 10 milyon avrodur.

Qeyd edək ki, o, ötən mövsüm 34 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az