Balikvişa Mişel-Anj "Seltik" yolunda

Bölmə adı Digər Liqalar
Yayımlandı 12-08-2025, 16:11

"Antverpen"in vingeri karyerasını Şotlandiyada davam etdirə bilər.

Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçu ilə "Seltik" yaxından maraqlanır. 24 yaşlı sol cinah oyunçusunun hazırda transfer dəyəri 7 milyon avrodur.

Qeyd edək ki, belçikalı futbolçu ötən mövsüm 18 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az